Bakı metrosundakıdakı qəzanın- VIDEOSU

Bakı metrosundakıdakı qəzanın- VIDEOSU
Bütün Xəbərlər
11:49 16.05.2014
5127
Bakı Metropoliteninin "Koroğlu" stansiyasında baş vermiş qəzanın videosu yayılıb.
ANS PRESS-in məlumatına görə, videoda FHN xilasediciləri və dövlət yanğından mühafizə briqadaları hadisə yerində qəzanın miqyasının genişlənməməsi üçün işlər apardığı görünür.
Videonu sizə təqdim edirik.
Qeyd edək ki, bu səhər saat 8 radələrində Həzi Aslanov – Dərnəgül xətti ilə hərəkət edən qatarda yanğın baş vermişdi. Bakı Metropoliteni İdarəsindən verilən məlumata görə, 38 saylı marşrut üzrə hərəkət edən metro qatarının 4-cü vaqonunda "Koroğlu" stansiyasında yanğın baş verməyib, tüstülənmə hadisəsi olub. Sərnişinlər dərhal təxliyyə ediliblər. Tüstülənmənin qarşısı alınıb. 08:30-dan etibarən metroda hərəkət tamamilə bərpa olunub.
OXŞAR XƏBƏRLƏR