Bakı metrosunun sərnişinlərini hədəfə alan keçmiş məhbus ələ keçdi

KRİMİNAL
15:16 04.10.2019
3920
Bakı metrosunda cibgirlik edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Yaqubova oktyabrın 1-də metronun "Sahil” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş M.Məmmədov saxlanılıb.

OXŞAR XƏBƏRLƏR