Keçmiş prezidentin anasına hücum edildi

Keçmiş prezidentin anasına hücum edildi
DÜNYA
19:54 25.10.2026
159
Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiçin anası bir qrup şəxsin hücumuna məruz qalıb.

Bu barədə hakim Serb Proqressiv Partiyasından məlumat verilib.

Müxalif siyasi baxışlara malik bir qrup gənc Angelina Vuçiçi itələyib, ona qarşı qışqırmağa başlayıb və əlindəki ərzaq dolu torbalarını cırıb. Belə bir davranış qəbuledilməz təcavüz, alçaltma və hədə-qorxu aktı təşkil edir və ən sərt şəkildə pislənməyə layiqdir. Serb Proqressiv Partiyası səlahiyyətli orqanlardan təcili və qətiyyətli reaksiya, hadisənin təfərrüatı ilə bağlı hərtərəfli araşdırma, həmçinin bütün iştirakçıların məsuliyyətə cəlb olunmasını tələb edir. Angelina Vuçiç artıq hücum barədə polisə məlumat verib”, - məlumatda qeyd olunub.

///axar.az///
OXŞAR XƏBƏRLƏR