Netanyahudan şok paylaşım

Netanyahudan şok paylaşım
DÜNYA
19:25 25.10.2026
160
İsrailin Baş naziri Benyamin Netanyahu süni intellekt vasitəsilə yaradılmış, Təl-Əvivə bənzəyən şəhərin üzərində nüvə partlayışını əks etdirən görüntü paylaşıb.

Netanyahu bu barədə X sosial şəbəkəsində paylaşım edib.

O, görüntü ilə İranın İsrail üçün ekzistensial təhlükə yaratdığına dair yeni iddialarını əks etdirən paylaşımını illüstrasiya edib.

Paylaşım İsraildə keçiriləcək parlament seçkilərinə iki gün qalmış yayımlanıb.

Netanyahu paylaşımında sağçı publisist Yuval Blumberqin sözlərinə istinad edib:

"İsrail dövləti real və bilavasitə ekzistensial təhlükə ilə üz-üzədir. Əgər iranlılar nüvə silahı əldə etsələr, artıq başqa heç nəyin əhəmiyyəti qalmayacaq. İran və şiə oxundan qaynaqlanan ekzistensial təhlükə ilə müqayisədə bütün digər məsələlər xırda detallardır”.

Paylaşımda həmçinin müxalifətin Netanyahuya ünvanladığı tənqidlər rədd edilir və ictimaiyyətin diqqətinin İran məsələsinə yönəldilməsi təklif olunur:

"Bir-birinin ardınca ortaya çıxan süni şəkildə şişirdilmiş və uydurulmuş qalmaqallar diqqəti yeganə ən vacib məsələdən – İranda işi başa çatdırmaqdan yayındırmaq məqsədi daşıyır”.

///axar.az///
OXŞAR XƏBƏRLƏR