"Qarşıdan qışqırıq səsləri eşitdim".
Bakının küçələrində dilənçi körpə peyda olub.
AZXEBER.COM xəbər verir, bunu jurnalist Südabə Sərvi sosial şəbəkəlrdə məlumat verib.
Məlumata əsasən, təxminən yaşyarımlıq olan uşaq Əhmədli metrosunun çıxışına qoyulub.
Jurnalist Südabə Sərvi körpənin qaraçı uşağı olduğunu deyir: "Adamların gur olduğu nöqtəyə dilənmək üçün qoyulan körpə bu işin öhdəsindən məharətlə gəlir. Oradan keçənlər körpənin əlində tutduğu mis qaba qəpiklər, hətta manat da atırlar. Yəni heç kim bu balaca uşağın onlara uzanan əlini boş qaytarmaq istəmirdi.Mən bir neçə qadına dedim ki, nahaq pul verirsiz, görmürsüz bu körpədən istifadə edirlər? Amma hamı öz işindəydi. Keçən-keçən onun açılmış əlinə və qarşısındakı qaba pul atırdı. Çox keçmədi uşağın anası gəldi, pulları götürüb getdi. Mən qadına dedim ki, körpə uşağı niyə diləndirirsən, həm də günün altında? Qadın cavab vermədi. Mən uşağın şəklini çəkdim. Bu vaxt iki-üç qaraçı gənci mənə baxa-baxa yanımdan keçdilər. Təbii ki, şəkli çəkməyimdən narahat olmuşdular. Dərhal uşağı götürüb başqa səmtə apardılar. Çox keçmədi ki, qarşıdan qışqırıq səsləri eşitdim, polis işə qarışmışdı və qadını danlayırdı. Məni ən çox narahat edən isə adamların düşünmədən körpəcə bir uşağa pul vermələri idi."
