Faktla bağlı araşdırma aparılır.
Bu gün səhər saatlarında Bakı Metropoliteninin qarşısında ölüm hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, ANS PRESS-in məlumatına görə, hadisə metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında qeydə alınıb.
Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məlum olub ki, dünyasını dəyişən Ağdam rayonundan olan 1948-ci il təvəllüdlü Vidadi İbrahimovdur.
İlkin ehtimala görə, o, ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı 28-ci polis bölməsində araşdırma aparılır.