Bakı-Moskva və Bakı-Sankt-Peterburq sərnişin qatarlarında gediş haqqı tarifləri aşağı salınıb.
Bu barədə APA-ya “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC və “Rusiya Dəmir Yolları” ASC rəhbərliyi arasında aparılan danışıqlar nəticəsində dünəndən etibarən 55/56 saylı Bakı-Moskva-Bakı və 28 mart 2012-ci ildən 313/314 saylı Bakı-Sankt-Peterburq-Bakı sərnişin qatarlarında gediş haqqı tariflərinin aşağı salınması haqqında razılaşma əldə olunub.
N. Əzməmmədov deyib ki, razılaşmaya əsasən gediş haqqı tarifi plaskart vaqonda təxminən 20 faiz, kupe vaqonda 35 faiz, SV vaqonda isə 50 faiz aşağı salınıb.