Bakı növbəti dəfə rekord qırdı: - 11 dərəcə

Bakı növbəti dəfə rekord qırdı: - 11 dərəcə
Bütün Xəbərlər
14:00 08.02.2012
2270

Paytaxtda havanın temperaturu -11 dərəcəyə qədər düşüb

Bu gecə Bakıda və Abşeron yarımadasında rekord şaxta qeydə alınıb. Gecə saatlarında gözlənildiyindən də yüksək, 11 dərəcəyə qədər şaxta olub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyiin baş hidrometeroloqu Asif Verdiyev məlumat verib. Onun sözlərinə görə, bu əvvəllər qeydə alınmış rekord göstəricidən də yüksəkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən digər məlumata görə, şaxtalı hava şəraiti gündüz saatlarında da davam edəcək. Belə ki, fevralın 8-də gündüz temperatur mənfi 5-6 dərəcə olacaq. Gecə isə hava daha da soyuyacaq və 8 dərəcə şaxta gözlənilir.

OXŞAR XƏBƏRLƏR