Bakı parkında dəhşətli qətl

Bakı parkında dəhşətli qətl
Bütün Xəbərlər
12:25 28.06.2014
1546
Ötən gecə Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən cinayət baş verib. 
Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, istirahət parkında 1967-ci il təvəllüdlü Şəhriyar Qiyas oğlu Əhədov aralarında yaranan münaqişə zəminində tanışı, 1964-cü il təvəllüdlü Namiq Ağa oğlu Ağayevi bıçaqlayıb.
Hadisə nəticəsində N.Ağayev ölüb. Qətli törədən Şəhriyar Əhədov hadisə yerindən qaçıb.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əhədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR