Bakı polisi: 'Gedin həlak olanların məzarını ziyarət edin, universitetini yox'

Bakı polisi:
Bütün Xəbərlər
13:53 30.04.2012
2590
Dövlət Neft Akademiyasında dərslər vaxtından əvvəl yekunlaşıb. AZXEBER.COM "Yeni Müsavat"a istinadən xəbər verir ki, ADNA-da terror qurbanlarının anım mərasimi ötən ilki səviyyədə qeyd olunmayıb.Sadəcə qısamüddətli bir tədbir keçirilib. Tələbələrin dərsdən sonra bir yerə toplaşmasına imkan verilmir. Polis akademiya önündə olan gəncləri ərazidən uzaqlaşdırır. Əllərində qərənfil olan gənclərə hətta gülləri ADNA qarşısında qoymağa da icazə verilmir. Polis tövsiyə edir ki, həlak olanların məzarını ziyarət etsinlər, universiteti yox. Ərazidə olan polislərdən biri əməkdaşımıza deyib ki, anım mərasimi ADNA-da aparılan təmir-tikinti ilə əlaqədar olaraq keçirilmir. Ümumiyyətlə, ADNA və Cəfər Cabbarlı heykəli ətrafında qeyri-rəsmi fövqəladə vəziyyət hökm sürür. Polis hər an aksiya ola biləcəyini gözləyir. 

Saat 15:00-da gənclərin izdihamlı şəkildə terror qurbanlarını yad edəcəyi gözlənilir.  

OXŞAR XƏBƏRLƏR