Bakı polisindən əməliyyat: Biri qadın olmaqla səkkiz nəfər saxlanıldı

KRİMİNAL
18:59 19.01.2022
252
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan səkkiz nəfər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı paytaxt sakinləri Kamran Mirzəzadə, Natiq Abbasov, Ramil Mehdiyev, Rəsul Rəsulzadə, Nazim Əsgərov, Türkan Nəsirova, Abbas Nəcəfi və Nəcməddin Əsgərov saxlanılıblar.

Onların üzərindən, yaşadıqları mənzillərdən külli miqdarda metamfetamin, heroin və elektron tərəzilər aşkar edilib.

Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə olan narkotacirlərin təsiri ilə ölkə ərazisində narkokuryerlik etdikləri və qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub. Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Bu şəxslərin hər biri barəsində polis idarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb.

Onlar tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.
 

OXŞAR XƏBƏRLƏR