Bakı polisinin amansızlığı dünya mətbuatında (FOTO)

Bakı polisinin amansızlığı dünya mətbuatında (FOTO)
Bütün Xəbərlər
23:15 08.12.2011
2399
Bu şəkil cari ilin martında, daha dəqiq ayın 12-də Bakıda çəkilib. Fotoşəkildə azərbaycanlı polismenin müxalifətçi gənc fəalı saxlamaq və susdurmaq üçün səy göstərdiyi anlaşılır. Həmin gün keçirilən etiraz aksiyasında Azərbaycan polis Müsavat Partiyasının 30-dan çox fəalını həbs etmişdi. Bu günlərdə həmin şəkil 2011-ci ilin ən yaxşı 45 fotosu arasında yer alıb. Bu barədə "Röyter" agentliyi xəbər yayıb. Şəklin özü isə www.buzzfeed.com saytında dərc olunub. Həmin elektron ünvanda şəkli görmək üçün saytın axtarış bölümündə aşağıdakı cür qeyd yazmaq lazımdır: The 45 Most Powerful Images Of 2011.

Bu şəkli bəyənərək 2011-ci ilin 45 ən yaşı şəkli arasına salan münsiflər güman ki, polisin sifətindəki nifrəti və onun öz "qurban"ının ağzından necə qətiyyətlə yapışmasını, bütövlükdə fotonun ifadəliliyini nəzərə alıblar. /// musavat.com

OXŞAR XƏBƏRLƏR