Bakı-Qazax yolunda ağır qəza: yaralılar var

Bakı-Qazax yolunda ağır qəza: yaralılar var
Bütün Xəbərlər
12:35 10.09.2012
941
Ötən gün Bakı-Qazax magistral yolunun 292-ci kilometrliyində, Yevlax rayonu ərazisində ağır avtomobil qəzası baş verib.
AZXEBER.COM-un məlumatına görə, Göyçay rayon Üngütlü kənd sakini Süleymanov Famil Zöhrab oğlunun idarə etdiyi 10-LA-365 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili Ağdam rayon sakini Atakişiyev Murad Abbas oğlunun idarə etdiyi 10-VR-983 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı mikroavtobusla toqquşub.
Hadisə ilə bağlı araşdırma aparan Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi Ceyhun Abışov bildirib ki, qəzaya səbəb mikroavtobusun dairədə dönmə əməliyyatını düzgün yerinə yetirməməsi və “KamAZ” markalı yük avtomobilinin yoluna çıxması olub. Hadisə nəticəsində mikoroavtobusda olan sərnişinlərdən 6 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Yevlax regional məntəqəsinə çatdırılıblar.
OXŞAR XƏBƏRLƏR