Bakı-Qazax yolunda ağır yol qəzası: 3 nəfər yaralandı

Bakı-Qazax yolunda ağır yol qəzası: 3 nəfər yaralandı
Bütün Xəbərlər
11:28 28.11.2012
1067
Ucar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.Hadisə gecə saatlarında Bakı - Qazax yolunun 234-cü kilometrliyində qeydə alınıb. Gürcüstan vətəndaşı, 1990-cı il təvəllüdlü Xəlilov Asif Vahid oğlunun idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə Ucar rayon Bağman kənd sakini, 1963-cü il təvəllüdlü Əliyev Aslan Qulammirzə oğlunun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə toqquşub.Nəticədə hər iki sürücü və “VAZ-21011”in sərnişini, 1979-cu il təvəllüdlü Salmanov Bəhruz Vəli oğlu müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR