Bakı-Qazax yolundakı sıxlıq aradan qaldırılır

Bakı-Qazax yolundakı sıxlıq aradan qaldırılır
SOSİAL
19:51 23.11.2025
110
Bakı–Qazax yolunun 104-cü kilometrində, Bakı istiqamətində aparılan təmir işləri ilə əlaqədar yaranmış sıxlığın aradan qaldırılması istiqamətində zəruri bütün tədbirlər görülür.

Bu barədə AZXEBER.COM-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd olunan yol sahəsinə əlavə naryad qrupları ayrılıb. YPX əməkdaşları hərəkətin tənzimlənməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə gücləndirilmiş rejimdə xidmət aparırlar.
OXŞAR XƏBƏRLƏR