Ötən axşam saat 20.00 radələrində Bakı-Quba Rusiya sərhəd yolunun 168-ci kilometrliyində Quba rayonunun İqriqkəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.
ANSPRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 27 yaşlı Bakı sakini Elman Ağahüseyn oğlu Quliyevin idarə etdiyi “KamAZ” markalı yük maşını İqriq kənd sakini 48 yaşlı Əlibala İskəndərovun idarə etdiyi “Qaz-53” markalı yük avtomobili ilə toqquşub.
Qeyd edək ki, toqquşma nəticəsində hər iki avtomobil aşıb. Qəzada xəsarət alan Əlibala İskəndərov Quba rayonmərkəzi xəstəxanasına çatdırılıb. İskəndərovun vəziyyətinin ağır olduğu bildirilib.
Baş Dövlət Yol Polisi idarəsinin müstəntiqi Elşən Mürsəliyev faktla bağlı araşdırma başladıldığını, qəzanın dəqiq səbəblərinin təyin ounmuş avtotexniki ekspertizanın rəyindən sonra məlum olacağını deyib.