Bakı-Quba yolunda maşın aşdı: 2 ölü

Bakı-Quba yolunda maşın aşdı: 2 ölü
Bütün Xəbərlər
19:34 13.05.2012
1536

Bu gün saat 15.15 radələrində Bakı-Quba yolunun Xızı rayonunun Şurabad kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.

ANS-in şimal bürosunun verdiyi məlumata görə, Bakıdan Quba istiqamətində hərəkət edən VAZ 21010 markalı avtomobil aşıb. Yol polisi əməkdaşlarının bildirdiyinə görə, sürücü, 1964-cü il təvəllüdlü Bakı sakini Əbülfət İbad oğlu Qurbanov sükan arxasında yuxuya gedib, bu səbəbdən də avtomobil idarəetməni itirərək bir neçə dəfə çevrilib. 

Nəticədə sürücünün həyat yoldaşı və qardaşı həlak olub, digər iki sərnişin isə yüngül bədən xəsarətləri alıb. Həlak olanların meyitləri Sumqayıt morquna aparılıb.
OXŞAR XƏBƏRLƏR