Bakı-Quba yolunda ağır yol qəzası baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində (Xızı rayonu ərazisindən keçən hissəsində) qeydə alınıb. İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub.
Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.