Bakı sakini 9 ədəd qaşıq uddu - Fotolar

Bakı sakini 9 ədəd qaşıq uddu - Fotolar
SOSİAL
10:21 19.05.2025
593
Bakıda bir nəfər 9 ədəd qaşıq udub.

AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, saat 01:00 radələrində 3 saylı şəhər klinik xəstəxanasına təcili tibbi yardım üçün müraciət olunub.

İlkin məlumata görə, bir nəfərin bir neçə metal qaşıq udduğu bildirilib. Lakin xəstə bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib.

Nəhayət, Bakı Sağlamlıq Mərkəzinə çatdırılan pasiyentə dərhal tibbi müdaxilə olunub.

Məlumata görə, xəstə 9 ədəd metal qaşığı udub. Həkimlər tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb.

Hazırda pasiyentin vəziyyəti stabildir və Reanimasiya şöbəsində nəzarətdə saxlanılır.

 

 

 


OXŞAR XƏBƏRLƏR