Zərəçəkənin vəziyyəti normal olsa da, o reanimasiya şöbəsində müalicəsini davam etdirir
Ötən gecə Bakının Nəsimi rayonu Azadlıq prospekti, “Dostluq” kinoteatırının yaxınlığında bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı 1981-ci il təvəllüdlü Atakişizadə Elşən Elburus oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Qeyd edək ki, zərərçəkən Elşən Atakişizadə hadisə yerinə öz qardaşı Elşadla gəlib. Bir müddət sonra Elşənin telefonuna gələn zəngdən sonra o, qardaşından uzaqlaşaraq naməlum şəxslə görüşə gedib. Bir neçə dəqiqədən sonra isə Elşən qan içində qardaşının yanına qayıdıb. Bundan sonra Elşən Atakişizadə qardaşının idarə etdiyi avtomobillə ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Bundan sonra dərhal zərərçəkənin üzərində cərrahi əməliyyat aparılıb. Əməliyyat zamanı bıçaq zərbəsinin Elşənin boğaz nahiyyəsinə vurulduğu məlum olub. Xəstəxanadan verilən məlumata görə, hazırda zərəçəkənin vəziyyəti normal olsa da, o reanimasiya şöbəsində müalicəsini davam etdirir. Qeyd edək ki, hadisə nəticəsində bıçaq xəsarətləri alan Elşən Atakişizadə Suraxanı rayon icra hakimiyyətində çalışır. Hadisə barədə məlumat daxil olan kimi Nəisim rayon polis idarəsi və 21-ci polis bölməsinin məkdaşları hadisə yerinə yollanıb. Artıq faktla bağlı Nəsimi rayon polis idarəsinin istintaq şöbəsində araşdırma başlanılıb. Elşən Atakişizadəni bıçaqlayan şəxsin axtarışları bölmənin əməkdaşları tərəfindən davam etdirilir.