"Doza"sı çox düşən Səbail rayon sakini qəbul etdiyi narkotik maddənin təsirindən ölüb.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 17-də paytaxtın Səbail rayonunda yaşayan Məmmədhüseyn Əliyev mənzilində ölüb.
Onun qəbul etdiyi narkotik maddənin təsirindən öldüyü məlum olub.
Qeyd edək ki, Məmmədhüseyn Əliyev əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.