Bakı sakinlərinə dəhşət yaşadan sürücü tutuldu

Bakı sakinlərinə dəhşət yaşadan sürücü tutuldu
Bütün Xəbərlər
16:14 27.10.2014
1999
Avtobusla qəza törədib qaçan sürücü tutulub.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinə mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də Asəf Şirinovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən “Daewoo” markalı 82 saylı xətt avtobusunun sürücüsü, Qax rayon sakini Sərxan Eyvazlı olması müəyyən edilib. S.Eyvazlı tutularaq məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, oktyabrın 23-də Dərnəgül yolunda 82 saylı sərnişin avtobusu Dərnəgül istiqamətində hərəkət edərkən yolun əks istiqamətinə keçməyə cəhd edib.
Bu zaman yolu keçən piyadanı vurub. Piyada avtobusun altında qalıb.
Faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR