Bakı-Şamaxı avtomobil yolunun tikintisi nə vaxt başa çatacaq?
Bütün Xəbərlər
14:52 25.09.2012
945
Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun tikintisi 2013-cü ildə başa çatacaq.«Azəryolservis» ASC-dən verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax (M-4) avtomobil yolunun tikintisi çərçivəsində Bakı-Şamaxı-Muğanlı yolunun 15-45 kilometr hissəsinin əlavə 2 hərəkət zolağı tikilməklə, 1-ci texniki dərəcəli, dörd zolağa çatdırılması hazırda davam etdirilir.Burada 30 km-lik hissədə 4 avtobus dayanacağı, 1 yerüstü, 1 yeraltı piyada keçidi, 34 dairəvi, 8 düzbucaqlı boru tikiləcək: «Hazırda yol boyu torpaq işləri görülür. Tikinti işlərinin 2013-cü ildə yekunlaşması gözlənilir».