Bakı-Şamaxı yolunun Mərəzə kəndi ərazisindən keçən hissəsində yol buz bağlayıb.
AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, nəticədə idarəetməni itirən iki avtomobil toqquşub.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb ediliblər.
Hələlik qəza nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.