Bakı-Şamaxı yolunda ağır qəza: Ölən var – FOTO

Bakı-Şamaxı yolunda ağır qəza: Ölən var – FOTO
Bütün Xəbərlər
19:15 01.10.2014
1350

Muradov yerindəcə ölüb.

Bu gün Bakı-Şamaxı yolunun 88-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.Bakı istiqamətində gedən 36 BD 577 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı mikroavtobus 61 BD 269 nömrəli VAZ 2107 markalı avtomobillə toqquşub.

Toqquşma zamanı VAZ 2107 yol kənarında dayanmış 10 ML 249 nömrəli VAZ 21099 markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində VAZ 2107 markalı avtomobildə olan Muradov Hünər Mirəli oğlu yerindəcə ölüb. Digər iki sərnişin – Ağamalıyev Zeynur Seymur oğlu və Məmmədov Nəriman Elşad oğlu yaralanıb.

///axar.az
OXŞAR XƏBƏRLƏR