Bakı - Şamaxı yolunda avtobus aşdı: Yaralılar var

Bakı - Şamaxı yolunda avtobus aşdı: Yaralılar var
Bütün Xəbərlər
07:54 23.10.2012
1133
Gecə Bakı - Şamaxı yolunun 13-cü kilometrliyində 6 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Bakı istiqamətində hərəkət edən Syüleyman Süleymanovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla 34 yaşlı Zöhrabov Elçin Ziyəddin oğlununa məxsus eyni markalı minik maşını toqquşub. Məlumata görə, qəza zamanı Elçin Zöhrabov idarə etdiyi avtomaşını mikroavtobusun arxasınə çırpıb. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.Hadisədən sonra mikroavtobusda olan sürücü və 3 nəfər sərnişin ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. O cümlədən minik maşınının sürücüsü Elçin Zöhrabov və onun yanında olan sərnişin 26 yaşlı Əliyeva Nərgiz adil qız da xəstəxanaya müraciət edib. Faktla bağlı Baş Dövlət Yol Polis idarəsinin istintaq və təhqiqat şöbəsinini əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılıb. Bundan sonra isə aşan mikroavtobus digər yük maşının köməkliyi ilə öz yoluna qoyuldu.
OXŞAR XƏBƏRLƏR