Bakı-Şamaxı yolunda dəhşətli qəza: 4 nəfər öldü

Bakı-Şamaxı yolunda dəhşətli qəza:  4 nəfər öldü
Bütün Xəbərlər
17:15 12.06.2013
3391

Bakı-Şamaxı yolunda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb.

Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, “10-SF-616” dövlət nömrə nişanlı “LAND CRUİSER” markalı avtomobillə “90-JF-298” dövlət nömrə nişanlı “HOVA” markalı yük maşınının toqquşması nəticəsində xəsarət alan, 1981-ci il təvəllüdlü İsmayıl Quliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralının isə vəziyyəti ağır olaraq qalır.

Polisdən, həmçinin bildirilib ki, qəza zamanı dünyasını dəyişən 3 nəfərin şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Fakta bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

16.00

Azərbaycanda ağır yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindənAPA-ya verilən məlumata görə, yol qəzası Bakı-Şamaxı yolunun 36-cı kilometrliyində qeydə alınıb.

“10-SF-616” dövlət nömrə nişanlı “LAND CRUİSER” markalı avtomobillə “90-JF-298” dövlət nömrə nişanlı “HOVA” markalı yük maşını toqquşub. Qəza nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.

Ölən və yaralanan şəxslərin adları hələlik məlum deyil

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR