Bakı-Şamaxı şossesində maşın atı vuraraq qaçıb.
AZXEBER.COM-un redaksiyasına göndərilən fotolar, Bakı-Şamaxı şosesinin Qobustan ərazisində, Ceyrankeçməz körpüsünün yanında çəkilib. Redaksiyamıza müraciət edən vətəndaş yaralı heyvanın artıq iki gündür yolun qırağında qaldığını söyləyib. O hazırda da həmin yolun kənarında qalıb.
Hadisə şahidlərinin sözlərinə görə onlar bu barədə FHN-ə və Təəcili Tibbi yardıma məlumat versələr də hadisə yerinə heç bir dövlət qurumunun əməkdaşları cəlb olunmayıb.
Yaralı atın fotolarını təqdim edirik:



