Bakı Şəhər Baş Polis İdarəsindən Milli Şuranın mitinqi ilə bağlı - MƏLUMAT

Bakı Şəhər Baş Polis İdarəsindən Milli Şuranın mitinqi ilə bağlı -  MƏLUMAT
Bütün Xəbərlər
00:20 28.10.2013
990

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın bu gün keçirdiyi mitinqlə bağlı məlumat yayıb.

BŞBPİ-dən daxil olan məlumata görə, Milli Şura Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib: “ Saat 16.15-dən 17.15-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib”.

Məlumatda bildirilib ki, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud pozulması hallarına yol verilməyib.

OXŞAR XƏBƏRLƏR