Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə veriləcək

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə veriləcək
Bütün Xəbərlər
16:38 07.11.2012
930
Demokratik Qüvvələrin Məşvərət Məclisi oktyabrın 15-də aksiya keçirməyi planlaşdırıb.Məşvərət Məclisinə daxil olan partiyalardan biri olan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edildiyini bildirib.Aksiyanın Bakı Şəhər İcra Hakimiyyəti qarşısında keçirilməsinin nəzərdə tutulduğunu deyən partiya sədri quruma müraciət etdiklərini, eyni zamanda, sözügedən qurumu məhkəməyə vermək qərarına gəldiklərini söyləyib: "Məhkəməyə təqdim ediləcək sənədlər hazırdır. Bu, Məşvərət Məclisinə daxil olan partiyaların ümumi qərarıdır. İcazəsiz aksiyalarda iştiraka görə, artırılan cərimələrin də əleyhinəyik. İndiyə kimi apardığımız mübarizə özünü doğrultmayıb. Hesab edirik ki, məsələ hüquqi müstəviyə çıxarılmalıdır. Lazım gələrsə, Avropa Məhkəməsinə də müraciət edilməlidir. Həm mitinq və piketlərin keçirilməsi gündəmdə olmalı, həm də hüquqi müstəvidə mübarizə davam etdirilməlidir”.Elşad Musayev bildirib ki, aksiyaya icazə verilməyəcəyi halda, Məşvərət Məclisində ümumi müzakirələrdən sonra qərar veriləcək: “Bütün variantları qiymətləndirmək lazımdır. İcazəsiz aksiya olacaqsa, onun necə nəticələnə biləcəyini, yaxud, başqa addımlar olacaqsa, effektinin necə olacağını müzakirə etməliyik”.
//Publika
OXŞAR XƏBƏRLƏR