‘Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib’ - İlham Əliyev

SİYASƏT
10:40 14.12.2013
1283
“Bakı nadir bir şəhərdir. Təkcə gözəlliyinə görə yox, ona görə ki, Bakıda bir neçə mərkəz var”

AZXEBER.COM xəbər verir ki, bunu prezident İlham Əliyev Bakının Nərimanov rayonunda ucaldılan “Kitabi-Dədə Qorqud” abidəsinin və yeni salınan Dədə Qorqud parkının açılışında deyib. “İçərişəhər Bakının mərkəzidir. Azadlıq Meydanı, Bulvar şəhərin mərkəzidir. Yeni Bulvar, tikilməkdə olan Ağ Şəhər Bulvarı, Heydər Əliyev Mərkəzi artıq şəhərin mərkəzinə çevrilib. Heydər Əliyev Sarayının önündə və arxa hissəsində salınmış yeni parklar, - onların uzunluğu bir kilometrdən çoxdur, - mərkəzə çevrilib. Yəni, bu, şəhərimizin xüsusiyyətidir. Əlbəttə, bu parkın açılması həm insanların istirahəti üçün yeni imkanlar yaradacaq, eyni zamanda, şəhərin bu hissəsinin abadlaşdırılmasına xidmət göstərəcək. Biz gözəl şəhərimizin daha da gözəlləşdirilməsi işində bundan sonra daha böyük işlər görəcəyik”, - dövlət başçısı əlavə edib.İlham Əliyevin sözlərinə görə, Azərbaycan bu gün dünya miqyasında siyasi və iqtisadi mərkəzlərin birinə çevrilib: “Yüksək səviyyəli çoxsaylı tədbirlərin, zirvə görüşlərinin, iqtisadi forumların, dünyanın bir nömrəli iqtisadi forumu olan Davos Forumunun Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizin siyasi və iqtisadi mərkəz kimi təqdim edilməsinə xidmət göstərir. Eyni zamanda, Azərbaycan bu gün dünyanın humanitar mərkəzlərinin birinə çevrilib. Ölkəmizdə keçirilən humanitar forumlar, Mədəniyyətlərarası Dialoq Forumunun iki toplantısı, digər tədbirlər Azərbaycanı artıq dünya miqyasında bir humanitar mərkəz kimi təqdim edib. Bizim bu sahədəki rolumuz getdikcə artacaq. Çünki müasir, qloballaşan, ziddiyyətlə, toqquşmalarla dolu olan dünyada humanitar əməkdaşlığın əhəmiyyəti daha da artmalıdır. Azərbaycan bu sahədə nəinki bu tədbirlərə ev sahibliyi edir, eyni zamanda, öz təcrübəsini bölüşür, öz reallıqlarını ortaya qoyur və sübut edir ki, humanitar sahədə əməkdaşlıq təkcə humanitar sahə ilə məhdudlaşmır. Humanitar sahədə əməkdaşlıq dünyada gedən siyasi proseslərə müsbət təsir edir və etməlidir. Azərbaycanın siyasi konsepsiyası bu təməl üzərində qurulub - əməkdaşlıqdan maraqların təmin edilməsinə, qarşılıqlı yardımdan daha da dərin əməkdaşlığa. Bizim bu sahədə siyasətimiz yenə də demək istəyirəm ki, təkcə humanitar məsələlərlə məhdudlaşmır”.“Bakı şəhəri artıq parklar, bağlar şəhərinə çevrilib. Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib və bizim bu sahədəki fəaliyyətimiz getdikcə genişlənəcək. Bakıda yeni istirahət zonalarının yaradılması ilə bağlı planlarımız var. Onların bir hissəsi icra edilir, bir hissəsi icra edilib”, - İlham Əliyev əlavə edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır