Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olundu
Bütün Xəbərlər
18:43 28.12.2015
1316
Təhsil naziri əmr imzaladı.
Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsinə təyin edilib.
Bu barədə AZXEBER.COM-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, bu təyinata qədər M. Vəliyeva BŞTİ-nin müdir müavini vəzifəsində çalışıb.
Təhsil nazirinin digər əmrləri ilə Rəşad Tağıyev BŞTİ-nin müdir müavini vəzifəsinə, İlhamə Abdullayeva BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri vəzifəsinə, Raman Məmmədov BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunublar.
OXŞAR XƏBƏRLƏR