Bakı-Sumaqayıt qatarının hərəkət intervalı açıqlandı

Bakı-Sumaqayıt qatarının hərəkət intervalı açıqlandı
Bütün Xəbərlər
11:35 05.09.2015
906

"Azərbaycan Dəmir Yolları" qatarın hərəkət intervalı üçün xüsusi cədvəl hazırlayıb.

Sentyabrın 15 də işə düşəcək Bakı-Sumaqayıt sürət qatarının işləmə intervalı məlum olub. AZXEBER.COM xəbər verir ki, ANS PRESS -ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" idarəsinin mətbuat katibi Nadir Əzməmmədov bildirib ki, artıq vaxt cədvəli hazırdır. “Qatarlar arasında interval pik vaxtlara görə nizamlanacaq. Sumqayıtdan Bakı istiqamətinə səhər saat 6-dən saat 12-yə qədər qatarlar 30 dəqiqə intervalla xidmət gösdərəcək. Əks istiqamətidə isə bu proses saat 16:00-dan 21:00-a kimi davam edəcək." Nadir Əzməmmədov adi vaxtlarda qatarların 1 saat ara ilə işləyəcəyini bildirdi.

Mətbuat xidmətinin rəhbəri onu da əlavə etdi ki, Bakı-Sumqayıt istiqamətində kart sisteminin tətbiqi nəzərdə tutulur. Bunun üçün post-terminallar quraşdırılır. Sentyabrın 2-də Bakıdan Sumqayıta ilk işçi qatarı yola düşüb. İlk işçi qatari ilə QSC-nin rəhbər işçiləri, Sərnişindaşıma, Elektrik-Təchizatı Departamenti, İnfrastruktur Departamenti, Rabitə-Siqnalizasiya departamentinin əməkdaşları və texniki heyət göndərilib.

OXŞAR XƏBƏRLƏR