Bakı-Sumqayıt-Bakı qatarının qiymətləri bu istiqamətdə avtobus qiymətlərindən ucuz olacaq

Bakı-Sumqayıt-Bakı qatarının qiymətləri bu istiqamətdə avtobus qiymətlərindən ucuz olacaq
Bütün Xəbərlər
16:49 03.08.2015
896

Çalışacağıq ki, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yeni sərnişin qatarlarına biletin qiyməti bu istiqamətdə hərəkət edən avtobuslardakı qiymətlərdən xeyli ucuz olsun.

AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, əsas qiymətlərin ucuz, sərnişinlərin rahatlığının təmin edilməsi və vaxt itkisinin maksimum az olmasını təmin etməkdir.
C.Qurbanov bildirib ki, Bakı ilə Sumqayıt arasında avtomobil yollarında hərəkət edən maşınların sayı 259 mindir.
“Bu istiqamətdə hərəkətdə olacaq dəmir yolundan istifadə edəcək şərnişinlərin sayı ümumilikdə 100 mindən çox təşkil edəcək. İlkin mərhələdə dəmir yolu ilə təxminən 20-30 min insan daşınacaq”.
Qeyd edək ki, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yeni sərnişin qatarlarının sentyabrın 15-dək istismara verilməsi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR