Əraziyə gələn yol polisi əməkdaşları yolda təhlükəsizliyi təmin ediblər.
Bu gün Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.AZXEBER.COM xəbər verir ki, hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, Sumqayıt istiqamətində hərəkətdə olan «VAZ-2104» markalı avtomobil qəflətən geriyə dönmə əməliyyatı etmək istəyib.
Bu zaman arxadan «Ford» markalı avtomobili «04»ü ortadan vurub. Nəticədə «04» yerindəcə alışmağa başlayıb. Bir neçə dəqiqə ərzində avtomobil tam yanaraq yararsız vəziyyətə düşüb. Əraziyə gələn yol polisi əməkdaşları yolda təhlükəsizliyi təmin ediblər.
Qəza nəticəsində «04»ün sürücüsü ağır xəsarət alıb.