Bakı-Sumqayıt yolunda sürət həddi azaldıldı - FOTOLAR
Bütün Xəbərlər
10:41 20.05.2013
1441
Bakı-Sumqayıt yolunda avtonəqliyyat vasitələrinin maksimal sürət həddi saatda 60 km-ə qədər azaldılıb.Bununla bağlı sürət həddini məhdudlaşdıran yol nişanı da quraşdırılıb.Yeni yol nişanı yolun Masazır dairəsindən Xırdalan dairəsinə qədər olan hissəsinə şamil edilir.Məsələyə münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib ki, Xırdalan qəbristanlığının yanında piyada keçidini müəyyən edən zebra da çəkiləcək. Orada artıq piyada keçidini müəyyən edən yol nişanı quraşdırılıb.//day.az