“Bakı və Şəxsiyyətlər: Süni İntellektlə Tarix Canlanır” fərdi layihəsi uğurla yekunlaşdırıldı

“Bakı və Şəxsiyyətlər: Süni İntellektlə Tarix Canlanır” fərdi layihəsi uğurla yekunlaşdırıldı
GƏNCLİK
12:34 24.11.2025
683

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi "Rəqəmsal Mövzulu” qrant müsabiqəsinin qalibi olan "Bakı və Şəxsiyyətlər: Süni İntellektlə Tarix Canlanır” fərdi layihəsi uğurla yekunlaşdırılıb.

 

AZXEBER.COM xəbər verir ki, fərdi qaydada həyata keçirilən bu layihənin məqsədi süni intellekt texnologiyalarından istifadə edərək Azərbaycanın müxtəlif sahələrdə iz qoymuş tarixi şəxsiyyətlərinin canlandırılması, onların həyat yolu, fəaliyyəti və gənclərə baxışının müasir, kreativ və vizual formatda təqdim edilməsidir.

 

Layihə çərçivəsində 15 tarixi şəxsiyyət süni intellekt vasitəsilə canlandırılıb. Hazırlanan video-materiallar daha geniş auditoriyaya çatdırılması üçün Instagram, TikTok və YouTube sosial media platformalarında yayımlanıb.

 

Qeyd edək ki, videolarda yer alan məlumatlara görə Azərbaycan Respublikasının Gənclər Fondu məsuliyyət daşımır.

 

Layihə rəhbəri: Fatimə Quliyeva

 

Videolara buradan baxa bilərsiniz:

• Instagram – https://surl.li/ayditb

• TikTok –https://surl.li/aavhqz

• YouTube – UCqEorBCMbO27sfzsU2zc-ng



OXŞAR XƏBƏRLƏR