Bakı yollarının qardan təmizlənməsinə 150 texnika cəlb olundu
Bütün Xəbərlər
14:54 31.01.2012
1399
Bakının avtomobil yollarının qardan təmizlənməsi davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-in mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, yanvarın 31-də paytaxt yollarının qardan təmizlənməsinə 150 texnika və 160-a yaxın işçi qüvvəsi cəlb edilib. Hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlamasının qarşısının alınması, həmçinin respublikanın və eləcə də paytaxtın avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranmaması üçün lazımi tədbirlər bundan sonra da görüləcək.Hazırda ölkədə yolların təmizlənməsi üçün istifadə olunan 700-ə yaxın texnika var. Bakıda isə bu texnikaların sayı 350-dir.Respublika üzrə 1800 ton duz, 25 min kubmetr qum ehtiyatı, Bakı şəhəri üzrə isə 1000 ton duz və 15 min kubmetrdən artıq qum ehtiyatı yığılıb. Həmçinin kifayət qədər lazımi texnika da hazır vəziyyətə gətirilib.