Bakı zooparkına yeni heyvan gətirilir

Bakı zooparkına yeni heyvan gətirilir
Bütün Xəbərlər
12:35 26.05.2012
2138
Bakı zooparkının ziyarətçiləri artıb. Paytaxtda olan turistlərin gəzdiyi yerlər arasında bu məkan da var. Zooparkın direktoru Azər Hüseynov deyir: Hazırda burada 150 növdən çox 1200-ə qədər müxtəlif heyvan, sürünən, quş var. Artıq bu saya yeniləri də əlavə olunub. Xarici ölkələrin zooloji parkları ilə Bakı zooparkı arasında həyata keçiriləcək mübadilələrdən danışan direktor deyir: "Bu yaxınlarda heyvanat bağına ilk dəfə olaraq alpaka gətiriləcək. O cümlədən hər zooparkda rast gəlinməyən ağ kenquru və müxtəlif quşların gətirilməsi planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR