Bakıda 10 gün komada qalan şəxs ayıldı – Yaşamasına ümid çox az olub

SAĞLAMLIQ
12:08 12.01.2023
1304
15 gündən çox reanimasiyada qalan, 10 gün koma vəziyyətində olan şəxs ayılıb.

Bu barədə AZXEBER.COM-a Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, 1984-cü il təvəllüdlü Polad Əliyev həm də son dərəcə riskli bir neyro-cerrəhi əməliyyatı geridə qoyub.

Məlumata görə, 1984-cü il təvəllüdlü Polad Əliyev 25 dekabr 2022-ci ildə piyadanın vurulması nəticəsində ağır yaralanıb və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Gətirilərkən çoxsaylı və ölümcül yaralar aldığı müəyyən olunub.

Ötən ilin dekabr ayının 25-dən bu ilin yanvarın 4-nə qədər komada olan Polad Əliyevin hazırda vəziyətinin yaxşı olduğu qeyd edilib. 

Pasiyentin anası Təhminə Əliyevanın sözlərinə görə, oğlunun yaşamasına ümid çox az olub:  

"Oğlum günorta saatlarında yolu keçən zaman onu maşın vurub. Təcili olaraq oğlumu Kliniki Tibbi Mərkəzə gətiriblər. Bura gələndə vəziyyəti çox ağır, həm də huşsuz vəziyyətdə olub. Deyilənlərə görə, çox təhlükəli bir əməliyyatdan sağ çıxıb, həkimlərin yaratdığı möcüzə nəticəsində oğlum sağ qalıb. Onun üzərində əməyi olan bütün tibb personalına öz təşəkkürümü bildirirəm. Onların sayəsində Polad yaşıyır”.  

Qeyd edək ki, Poladı daha bir əməliyyat gözləyir. Yaxın aylarda kəllə sümük defektinin bərpası əməliyyatı planlaşdırılır ki, bu da həyatı üçün təhlükəli hesab olunmur.
 
Aydın

OXŞAR XƏBƏRLƏR