Aprelin 18-də Bakıda İsa bəy və Kazım bəy Hacınski qardaşlarına məxsus 105 yaşlı tarixi binanın 10 metr 60 sm yerindən sürüşdürülməsinə başlanacaq.
AZXEBER.COM-un məlumatına görə, bu barədə sürüşməni həyata keçirəcək Bresser Eurasia BV şirkətinin sədriLeon Sveegerməlumat verib.O, bildirib ki, bu keçmiş SSRİ ölkələrindən ilk dəfə olaraq Azərbaycanda həyata keçiriləcək.“Həmçinin bu binanın ağırlığına görə, rekord sürüşdürülmə olacaq. Bina 18 min ton ağırlığındadır. Sürüşdürülmə hidravlik üsulla aparılacaq. Binanın altında yerləşdirilən 210 hidravlik qurğu binanı bir neçə mm qaldıracaq və daha sonra bina sürüşdürüləcək”.Bildirək ki, Füzuli küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsində yerləşən 39 saylı bina 1908-ci ildə İsa bəy və Kazım bəy Hacınski qardaşları tərəfindən inşa edilib.Sürüşdürülmə iki amillə-yolun genişləndirilməsi və tarixi gözəl binanın saxlanması ilə bağlıdır.Şirkət sədri bildirib ki, aprelin 19-da Azərbaycan Memarlat İttifaqı ilə müqavilə bağlanacaq.“Biz həmin müqavilədən sonra hansı işlər görülücəyini müəyyənləşdirəcəyik. Azərbaycanda tıxacların yaranma səbəblərindən biri də məhz yeraldı parkinqlərin olmamasıdır. Biz hətta gələcəkdə binaların yerindən sürüşdürülərək altında parkinq inşasından sonra yerinə qaytarılmasını da həyata keçirə bilərik.”Qeyd edək, şirkət tərəfindən indiyədək 35 bina köçürülüb. Ən uzun məsafəyə nəql 12 km təşkil edib.