Yanvarın 13-də saat 23:00 radələrində Binəqədi rayonunda intihar hadisəsi baş verib. Binəqədi Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Xocahəsən qəsəbəsi, Ş.Mollazadə küçəsində yaşayan 103 saylı orta məktəbin 11-ci sinif şagirdi Vəliyev İsmayıl Dilqədəm oğlu yaşadığı mənzilin həyətində tövlənin damında özünü asıb. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi( özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb.