Bakıda 11 yaşlı qızın diri-diri yanması ilə bağlı şok iddia - VİDEO

Bakıda 11 yaşlı qızın diri-diri yanması ilə bağlı şok iddia - VİDEO
SOSİAL
10:12 01.10.2019
26300
Gülərüz və sevgi dolu biri idi. Hələ həyata doğru ilk addımlarını atırdı. Lakin baş verən bədbəxt hadisə nəticəsində gözlərini əbədi olaraq yumdu həyata - qoxladığı güllər kimi ağ və təmiz olan Firuzə.

APA TV olaraq hadisə yerinə getdiyimizdə qonşuların dəhşətli ittihamlarını eşitdik: "Bu paltarlar da uşağın paltarlarıdır. Uşaq çox mərifətli, qanacaqlı uşaq idi. Elə axşamacan bu həyətdə öz-özünə gəzirdi o tərəf-bu tərəfə. Yəni baxımsız bir uşaq idi. Yeməyini də ki, qonum-qonşuda yeyirdi. Yəni baxılmırdı uşağa. Ev də bu vəziyyətdə. Valideyn baxmırdı. Axırda da uşaq evin içində tələf oldu getdi”.

Mənzildə tək olan Firuzə Ələkbərova yanğın zamanı dünyasını dəyişdi. Cəmi 11 yaşı vardı. Yaşıdları oxumaq eşqi ilə yananda, o, dörd divar arasında yandı:

"Hadisə ötən gün axşam saatlarında gördüyünüz bu 30 kv. metrlik ərazidə baş verib. Hadisə şahidlərinin - yəni, qonşuların bildirdiyinə görə, qız yanğın baş verən vaxtı evdə yatmış vəziyyətdə olub. Elə onun meyitini çıxaranda da necə yatmış vəziyyətdə idisə, o cür də çıxarıblar”.

Yanğın paytaxtın Binəqədi rayonu, Söyüdlər yaşayış massivi, 6-cı məhəllədə baş verib. Birmərtəbəli, 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın kəşfiyyatı zamanı Firuzənin yanmış meyiti aşkar olunub.

Qonşular deyir ki, uşağın bu vəziyyətə düşməsinin əsas səbəbi anasının məsuliyyətsizliyi və onu evdə tək qoymasıdır:

"Saat haradasa 2-yə qalmış 10 dəqiqə mən ayıldım yuxudan, gördüm şifer partlayır. Çıxdım FHN-ə zəng eləməyə, uşaqlar FHN-ə zəng vurdular. Qaçdım ki, xətti kəsim. FHN gəldi, söndürdü. Uşaq da evdə tək olub. Elə bilirdim qonşudadır. Qonşuya qaçdıq, soruşduq, dedilər bizdə deyil. Gəldik, gördük uşaq yanıb içəridə, kül olub. Ayaqları yanmışdı, bir dənə qarın hissəsi qalmışdı”.

"Uşağını hər gecə yiyəsiz qoyurdu. Çıxıb gedirdi öz kefinə. Nə vaxtsa - 3 gün tez, 5 gün gec, bu ev yanmalı idi. Nə isə bir hadisə baş verməli idi. Çünki sahibsiz evdə yetkinlik yaşına çatmayan bir uşağı yiyəsiz qoyanda necə olmalı idi? Yiyəsiz evdə yüz faiz belə olacaqdı”.

Məsələ ilə bağlı əvvəlcə anası Zəminə Allahverdiyeva ilə əlaqə saxlamağa çalışdıq. Lakin telefonunu söndürdüyünə görə danışmaq mümkün olmadı. Daha sonra atası ilə əlaqə saxlamağa çalışdıq. Telefon zənginə Firuzənin əmisi cavab verdi.

Mərhumun bibisi və nənəsi iddia edir ki, bu hadisə qəsdən edilib, Firuzə öldürülüb.

Əmisinin dediyinə görə, bir ay bundan öncə Firuzə atasına zəng edərək, onu aparmasını istəyib.

Faktla bağlı araşdırma davam edir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan millisi Avstriyaya qalib gəldi
12:23 11.10.2026
Azərbaycan millisi Avstriyaya qalib gəldi
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
12:20 11.10.2026
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
11:50 11.10.2026
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:15 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb