Yay başlayandan 26 nəfər günvurma ilə təcili yardıma müraciət edib
Yay mövsümü başladıqdan Bakıda 26 nəfəri gün vurub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev ANS PRESS- açıqlamasında gün vurmaya məruz qalan 11 nəfərin xəstəxanaya yerləşdirildiyini deyib. Yayın əvvəlindən 24 suda boğulma hadisəsi qeydə alınıb ki, bunlardan 17-i ölümlə nəticələnib. Onun sözlərinə görə, son 3 ayda paytaxtda 47 nəfəri müxtəlif həşərat sancıb. 27-nəfər xəstəxanalarda müalicəyə başlayıb. Daha 14 nəfər isə ilan sancmaları ilə əlaqədar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.