Bakıda 14 yaşlı oğlan dostu tərəfindən qətlə yetirildi
Bütün Xəbərlər
10:45 19.05.2012
1601
Azərbaycan paytaxtında qətl törədilib. Bu barədə APA-ya Xətai Rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gün axşam saatlarında rayonun Əhmədli qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 14 yaşlı Ağaxan Rüstəmov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Həyata keçirilən tədbirlər nəticəsində qətlin üstü açılıb. Məlum olub ki, hadisəni mərhumun tanışı, 15 yaşlı Rəşad Əzizov törədib. R. Əzizov şübhəli şəxs qismində saxlanılıb.