Avqustun 1-də Bakıda 15 metr hündürlüyü olan ağac yaşayış binasının üstünə aşıb.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Nizami rayonunda ağacın ikimərtəbəli, çoxmənzilli yaşayış binasının üstünə aşması ilə bağlı məlumat daxil olub. Dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Məlum olub ki, aşan ağacın hündürlüyü təxminən 15 metr, gövdəsinin diametri 1 metrdir.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ağacı hissələrə kəsib və binanın üzərindən götürülməsini təmin edib.