Səbail rayonunda kitab yarmarkasına start verilib.
Səbail rayon İcra Hakimiyyətində AZXEBER.COM-a verilən xəbərə görə, “Qanun” nəşriyyatının təşəbbüsü ilə keçirilən növbəti yarmarka Səbail rayonu ərazisindəki “Sahil” bağında həyata keçib. Kitabların qiymətinə 20 % endirim edilib. Yarmarkada 700 adda 15 min kitab oxuculara təqdim edilir.
Qeyd edək ki, Səbail rayonu İcra Hakimiyyəti ilə birgə təşkil olunan endirimli kitab yarmarkası iki gün ərzində davam edəcək.







