Bakıda 16-cı mərtəbədən yıxılan 13 yaşlı qızın xatirəsinə - ELEGİYA

Bakıda 16-cı mərtəbədən yıxılan 13 yaşlı qızın xatirəsinə -  ELEGİYA
Bütün Xəbərlər
15:12 06.05.2013
31140

Müsəlmanların ən müqəddəs kitabı olan Quranda belə bir ayə var: “Allah -Təala bu dünyada insan övladına onun üçün dəyərli olan iki nemət verib. Biri övlad, digəri isə mal-dövlət. İnsan bunlardan hansına daha çox meyl edib bağlanarsa, Allah onu əlindən alar”.

Aprelin 19-da balaca Sunayın başına gələn dəhşətli faciə məni bu yazını yazmağa vadar etdi. Əvvəldə müqəddəs kitabımız Qurandan sitat gətirməyim əbəs deyil. Bəlkə də, Sunayın valideynləri onu həddindən artıq sevdikləri üçün, onun üstündə çox-çox titrədikləri üçün… Davamını gətirməyə dilim gəlmir. Bəlkə də bu sözlərimdən ötrü bəziləri məni qınayacaq, mənimlə razılaşmayacaq. Və düşünəcəklər ki, hər ana öz övladını çox istəyir. Nə bilim, bəlkə də onun anasını bu sözlərimlə təsəlli edə biləcəyimi fikirləşdiyim üçün belə yazıram.

Sunayın ailəsi ilə çox yaxın əlaqələrimiz olduğundan, onu çox yaxından tanıdığımdan onun yoxluğunu qəbul etmək mənə heç də asan deyil. Onunla ilk dəfə danışanda yaşda məndən dəfələrcə balaca olmasına baxmayaraq, bunu mənə hiss etdirmədi. Sunay çoxlarında olmayan istedada, dünyagörüşə, qabiliyyətə malik bir qız idi. Həyata fərqli baxışı, sakit təbiətli olması, insanlara münasibəti də fərqli idi Sunayın… Gələcəkdə mügənni olmaq istəyən bu balaca qızcığaz hardan bileydi ki, onun ifa etdiyi mahnıları dinləyiciləri elə onun öz yas mərasimində eşidəcək?...

İnanın ki, fikirlərimi ifadə etməkdə çox çətinlik çəkirəm. Bəlkə 1 ay bundan əvvəl kimsə mənə Sunay haqqında yazacağımı desə, inanmazdım. Amma yox, yazardım. Onun ifa etdiyi mahnılardan, onun 13 yaşında 5 dil bilməsindən, ona verilən Allah vergisindən yazardım. Hardan bilərdim ki, indi əllərim əsə-əsə, üreyim titrəyə-titrəyə Sunayın ölümü haqqında yazacağımı???

Sunay bu həyatdan gedərkən xoşbəxt idi. Çünki, yuxarıda da qeyd etdiyim kimi, onunla nəfəs alan anası vardı. Amma bu gün övladını itirən ananı sakitləşdirmək heç də asan deyil…

Allahdan Yasəmən xanıma, Rasim bəyə, Sunayın doğmalarına, dostlarına səbir diləyirəm. Və demək istəyirəm ki, SUNAY bəmbəyaz bir mələk idi ki, bu yaşında bu çirkli dünyadan uçub getdi. Allah ona bu dünyada görmədiklərini o biri dünyada yaşadar, İNSALLAH.

Allah sənə rəhmət eləsin! Yerin behiştlik olsun, SUNAYIM!

Ayşə İsazadə 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib