Sentyabrın 12-də Azərbaycan paytaxtında yaşayış binasında yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, hadisə Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində qeydə alınıb.
Vətəndaşa məxsus ümumi sahəsi 77 kv/m olan 3 otaqlı mənzildə 12 kv/m sahədə əşyalar yanıb, yüksək temperaturdan mətbəxin lambrindən ibarət tavanının yanar konstruksiyaları 9 kv/m sahədə əriyib. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən 30 nəfər təxliyə edilib, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.