Hadisə dünən saat 17.00 radələrində Əcəmi Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.
AZXEBER.COM-un məlumatına görə, 16 yaşlı Könül Qurbanova binanın 17-ci mərtəbəsinə çıxaraq özünü atmaq istəyib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində K. Qurbanova fikrindən döndərilib və intiharın qarşısı alınıb.
Qeyd edək ki, 16 yaşlı qız sevdiyi oğlana görə intihar etmək istədiyini söyləyib.